Xəbər verdiyimiz kimi, DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Saxlanılanlar var.

Metbuat.az xəbər verir ki, əməliyyat nəticəsində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin saxlanıldığı qeyd edilir.

1979-cu il təvəllüdlü E.Əliyev 2021-ci ildə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdi. O, eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri vəzifəsini icra edib. E. Əliyev ingilis, rus, fransız dillərində danışır.

Evlidir, üç övladı var.

DTX-nın əməliyyatı zamanı nazirlikdə saxlanılan şəxslər kimdir? -

Təchizat və əmlakın idarəedilməsi şöbəsinin müdiri Nəsibov İlkin Kamal oğlunun əməliyyat zamanı saxlanıldığı bildirilir. O, 2020-ci ilin avqustun 25-də mədəniyyət naziri Anar Kərimovun (həmin zaman Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edirdi - red) müvafiq əmri ilə bu vəzifəyə təyin olunub.

İlkin Nəsibov 1987-ci ildə Goranboy rayonunda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini 2008-ci ildə Mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə bitirib. 2012-2020-ci illərdə "Ata Bank"da və "Kapital Bank"da məsul vəzifələrdə çalışıb.

DTX-nın əməliyyatı zamanı nazirlikdə saxlanılan şəxslər kimdir? -

Bundan başqa, əməliyyat nəticəsində Nazirliyin Protokol Şöbəsinin rəisi Kamil Rzayevin də saxlanıldığı bildirilir. Qeyd edək ki, Kamil Rzayevin saxlanılması xəbərini ilk Bizim.Media saytı yayıb.

DTX-nın əməliyyatı zamanı nazirlikdə saxlanılan şəxslər kimdir? -