Şimali Koreya azı 10 raketi test edib.
Metbuat.az xəbər verir ki, bu barədə Cənubi Koreya ordusu məlumat yayıb. Bildirilir ki, müxtəlif növ raketlər bir neçə istiqamətdə buraxılıb. Raketlərdən biri Cənubi Koreya sərhədindən 57 kilometr məsafədə dənizə düşüb. Daha bir raket isə Cənubi Koreya sahillərindən keçərək, sərhəddən 167 kilometr məsafədə düşüb.
Qeyd edək ki, ABŞ və Cənubi Koreya hava qüvvələri yarımada sahillərində təlimlər keçir. Şimali Koreyanın bu həmləsinin təlimlərə cavab olduğu bildirilir.