Ticarət mərkəzinin soyunub-geyinmə otağına girən qadın dəhşətə gəldi -

Avstraliyanın Brisben şəhərindəki iri ticarət mərkəzində baş verən hadisə ölkədə müzakirə mövzusuna çevrilib.

Metbuat.az xəbər verir ki, Aşton Gronh adlı qadın mağazadan aldığı paltarı yoxlamaq üçün soyunma-geyinmə otağına yaxınlaşıb. Uşağı ilə otağa daxil olmaq istəyən qadın biabırçı mənzərənin şahidi olub. Qadın otaqda qızların və oğlanların olduğu bir neçə yeniyetmənin əxlaqsızlıq etdiyinin şahidi olub. Qadın onlara xəbərdarlıq etsə də, yaşları 18-dən az olan yeniyetmələr qadına kobud cavab veriblər.

Qadın onları polisə şikayət edib. Polis mağazaya gələndə yeniyetmələr oradan uzaqlaşıb. Asayiş keşikçiləri onların kimliyini müəyyən etmək üçün müşahidə kameralarının qeydlərini araşdırır. Yeniyetmələrin nüfuzlu mağazadakı əməlləri tənqid olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR