ABŞ Ukrayna üçün Cənubi Koreyadan mərmilər alacaq.
Metbuat.az xəbər verir ki, bu barədə Pentaqondan açıqlama verilib. Bildirilib ki, ABŞ Cənubi Koreyadan 100 min haubitsa mərmisi alacaq. Məlumata görə, mərmilər Cənubi Koreyanın özəl sektorundan alınacaq. ABŞ Cənubi Koreyanın müdafiə hazırlığını təhlükəyə atmamaq üçün ordunun arsenalından mərmi almayacaq. ABŞ danışıqların detallarını açıqlamayıb.
Qeyd edək ki, Cənubi Koreya Ukraynaya birbaşa ağır silahlar satmır.