Kolumbiyanın Hato şəhərində qəribə hadisə baş verib.
Metbuat.az xəbər verir ki, “Ouija” oyununu oynayan 11 şagird məktəbin dəhlizində hərəkətsiz vəziyyətdə tapılıb. Dərhal xəstəxanaya çatdırılan şagirdlərin zəhərləndiyi bildirilir. Lakin onların zəhərləndiyi hələlik təsdiq edilməyib. Şagirdlərin oyun oynayarkən qorxduğu irəli sürülür.
Qeyd edək ki, “Ouija” oyunu ölülərlə təmas qurmaq məqsədi ilə oynanılır. Oyun zamanı bəzi qəribə fəaliyyətlər icra edilir. Polis hadisə barədə araşdırma aparır.