"Mən Rəşadın yerində olsaydım..." -

"Həm sənətçi, həm kişi borcumdur deyim: bir-iki məqalə oxudum, artıq şərhlər yazırlar. Rəşadın balalarına səslənirəm: siz tək deyilsiniz, biz əmiləriniz, dayılarınız yanınızdayıq. Toyunuzda necə yanınızda olduqsa, çətin anda da yanınızdayıq".

Metbuat.az xəbər verir ki, bu sözləri müğənni Aqşin Fateh "Xəzər axşamı" proqramında deyib. Fateh bir neçə gün əvvəl qonşusunu qətlə yetirən meyxanaçı Rəşad Dağlıdan danışıb:

"Bir insanın malına dəyə, toxuna bilərsən. Bir meyxanaçının şərəf ləyaqətinə, namusuna sözlə toxunsan... Onu qınayanlar var. Biz söz adamlayırıq, sözlə pul qazanırıq. Bizi sözlə əzmək olmaz. Bəlkə kimlərəsə adidir, şərəfinə, namusuna deyilən sözü keçir. Öyrəşib, hər gün eşidib. Meyxanaçı, şair, sözlə dolanan adama ağır söz demək olmaz. Mən də Rəşadın yerində olsaydım, özümü idarə edə bilməzdim".

Qeyd edək ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR