“Türkiyə düşmənlərini də, dostlarını da yaxşı tanıyır” -

“PKK, PYD terror təşkilatı tərəfindən Türkiyənin və dünyanın ən görkəmli metropoliten şəhərlərindən biri olan İstanbulun İstiqlal küçəsi Taksim meydanında həyata keçirilən xain və qorxaq bombalı hücum aktı bütün dünyanın və türk dövlətlərinin siyasi gündəminə təsir etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İndoneziya sammitində iştirakından əvvəl, Özbəkistanda keçirilən Türk Dövlətləri Birliyi Təşkilatının toplantısında Şimali Kipr Türk Cümhuriyyətinin Birliyə müşahidəçi kimi qəbul edilməsindən sonra həyata keçirilən bu xain və alçaq hücum, Türkiyə Cümhuriyyətinə verilməsi nəzərdə tutulan mesaj idi”.

Bu fikirləri Metbuat.az-a özəl açıqlamasında Türkbirkonun sədri, politoloq Hakan Aktürk deyib. Müsahibimiz hesab edirki Türkiyə Cümhuriyyəti, Azərbaycan Respublikası, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Macarıstan və Şimali Kiprdə böyüyən türk dövlətlərinin daxil olduğu Türk Birliyinin yaradılması artıq bütün dünyanı narahat edir.

Hakan Aktürk

“Onlar xain hücumlarından heç vaxt əl çəkməyiblər. Çünki onlar heç vaxt ədalətli müharibədə olmayıblar. Onlar Türkiyənin, onun qardaş ölkəsi Azərbaycanın və NATO ittifaqında güc yaradacaq türk dövlətlərinin birliyindən artan qorxunun fərqindədirlər. Xüsusilə Şimali Kipr Türk Cümhuriyyəti Türk Birliyinə qəbul olunduqdan sonra onu bütün dünyaya tanıtmaq üçün müşahidəçi kimi qəbul edildikdən sonra yunan və erməni tərəfi inanılmaz dərəcədə narahat oldu. Çünki böyüyən, inkişaf edib güclənən Azərbaycanı istəmədikləri kimi, Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri təşkilatına və Türk Dövlətləri birliyinə qəbul edilməsinə görə də narahatdırlar. Bütün dünya dövlətləri bunun fərqindədir və bunun qarşısını almaq üçün Prezidentimiz Rəcəb Tayyib Ərdoğan “G20” zirvəsinə qatılmamışdan əvvəl qorxaq bir hücumla Türkiyəyə mesaj vermək istəyiblər”.

Hakan Aktürk deyir ki, Türkiyə terror aktını gerçəkləşdirənlərin kim olduğunu çox yaxşı bilir. Politoloq qeyd etdi ki, Türkiyə lazımı cavabı verəcəkdir.

“Biz bütün qardaş ölkələrimizlə birlikdə təcili olaraq Türk Dövlətləri Birliyinin yaradılmasını tələb edirik. Bu xain hücumda həyatını itirən türk vətəndaşlarımızın ailələrinə Allahdan səbr diləyirəm. Bütün türk dövlətlərinə minnətdarlığımı bildirirəm. Çünki başda Azərbaycan olmaqla, həm də Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Macarıstan, Bosniya və Herseqovina kimi ölkələrdən hücumla bağlı bütün türk dünyasından başsağlığı mesajları gəlib. Sizə bildirmək istəyirəm ki, qardaşlığımız, birliyimiz bundan sonra da güclənəcəkdir. Belə ucuz oyunlar bizim məqsədimizə mane ola bilməz”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR