Şimali Koreya növbəti dəfə ballistik raket atıb.
Metbuat.az xəbər verir ki, bu barədə Cənubi Koreya ordusu açıqlama yayıb. Bildirilir ki, mərmi Koreya yarımadasının şərq sahilinə düşüb.Yaponiya raketin ölkənin iqtisadi zonasından kənara düşdüyünü bildirib. Raket maksimum 45 kilometr hündürlükdən uçaraq 240 kilometr məsafə qət edib.
Cənubi Koreya hadisəni təxribat adlandırıb. Seul Pxenyandan raket testlərini dayandırmağı tələb edib.