“Fransa ölkəmizə qarşı sanksiyalar tətbiq etməyə çalışır. 30 ilə yaxın müddətdə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi qənaətbəxş olmayan fəaliyyətinə səbəb isə, erməni lobbisinin Fransada güclü dəstəyə malik olması idi”.

Bu sözləri Metbuat.az-a politoloq Samir Hümbətov deyib. Fransa-Azərbaycan əlaqələrini dəyərləndirən politoloqun fikirlərinə görə, 44 günlük müharibə və ondan sonrakı müddətdə də Fransa parlamentində Azərbaycanın Qarabağ bölgəsi “müstəqil “dövlət kimi tanımağa çalışıldı.

Fransanın “bacısı” Ermənistanı qorumaqda əsas məqsədi nədir? -

Samir Hümbətov

“Bu formada desturktiv addımlar atmaqla bərabər Fransa tərəfi və onun Azərbaycandakı səfiri hətta indiyə qədər Şuşaya səfər etməyib. Praqa danışıqlarından sonra Fransa məsələyə ikili standartlarla yanaşdı .Ölkəmizi müharibə cinayətkarı kimi qiymətləndirməyə çalışan Fransa öz tarixinə nəzər yetirməyi deyəsən unudub. Çünki onların törətdiyi qətliamların sayı-hesabı yoxdur”

Politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, Fransa senatı Azərbaycan əleyhinə qətnamə qəbul edərək, Cənubi Qafqazda geosiyasi mövqeyinin gücləndirilməsinə çalışır.

Fransanın “bacısı” Ermənistanı qorumaqda əsas məqsədi nədir? -

“Təbii ki, belə bir bədnam və beynəlxalq hüquqa zidd bir qətnamə qalib Azərbaycanın öz siyasətindən geri çəkilməsinə gətirib çıxarmayacaq. Burada Fransanın əsas siyasəti Xankəndində "humanitar" ofis açmaqdır. Rusiya rəhbərliyi də burada maraqlı görünür. Həmçinin qətnamədə beynəlxalq sülhməramlılar dedikdə, Fransa ordusunun Qarabağa gətirilməsi vurğulanır. N. Paşinyanda belə bir qətnamənin qəbulunda maraqlıdır. Baş verənlər isə, Ermənistanı blokadada saxlayacaq. Nəticədə müxalifətin N. Paşinyana qarşı mövqeyi güclənəcək. N. Paşinyan Azərbaycanla gərginləşmə siyasətinə üstünlük verib desək yanılmarıq. Ona görə də gündə bir açıqlama verərək sülh müqaviləsinin bağlanmasından yayınır”.

Məhəmməd Əsədullazadə düşünür ki, baş verən proseslərdə ABŞ-ın mövqeyi bizim üçün həlledici olacaq.

“ABŞ birmənalı şəkildə Cənubi Qafqazda Fransanın aktivliyini qəbul etməyəcək və Vaşinqton Azərbaycanı dəstəkləyəcək. Ona görə də ABŞ-la diplomatik əlaqələr inkişaf etdirilməlidir. Həmçinin Türkiyə faktoru var və Azərbaycan Türkiyə ilə birgə Laçın dəhlizini bağlaya bilər. Fransa və Rusiyanın açıq şəkildə Qarabağ məsələsini gündəmə daşıması, Xankəndində ofis açılmasına cəhd və Fransa ordusunun göndərilməsi planı reallaşdırmaq mümkün olmayacaq. Qeyd edim ki, N. Paşinyan məhz Qarabağa beynəlxalq sülhməramlıların yerləşdirilməsini təklif edib. Göründüyü kimi, Parisin mövqeyi ilə razılaşan N. Paşinyan Cənubi Qafqazda Türkiyə Azərbaycan tandeminə qarşı Fransanın təhriki ilə bu oyunda yer alıb. Fransanın Cənubi Qafqaz siyasəti isə, digər regionlarda olduğu kimi fiaskoya uğrayacaq”.

Gülbəniz Hüseynli / Metbuat.az