Kolumbiyalı müğənni Şakira Qətərdə keçiriləcək futbol üzrə Dünya Çempionatının açılış mərasimində çıxış etməkdən imtina edib.

Metbuat.az xarici mətbuata istinadən xəbər verir ki, ifaçının bu addımı atmasına səbəb kimi Qətərdə insan haqlarının pozulması göstərilir.

Qeyd edək ki, Şakira daha əvvəl Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatı üçün "Waka Waka" mahnısını ifa etmişdi.