Qəza səbəbindən içməli suyun verilməsi dayandı-

Xəbər verdiyimiz kimi, dünən magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Xətai rayonunun bir hissəsində (Aşıq.Ələsgər, Xudu Məmmədov, Məhəmməd Hadi, Rahib Məmmədov, Çİngizxan Kərimov, Qədir Məmmədov , Məhsəti, Sadıqcan, Pola Həşimov, Ramiz Quliyev, Cavanşir, Əbilov küçələri, 9-cu Əhəmədli, 7-ci Əhmədli əraziləri) içməli suyun verilişində fasilə yaranıb.

Metbuat.az-ın sorğusuna cavab olaraq "Azərsu" ASC-nin sözçüsü Anar Cəbrayıllı bildirib ki, içməli suyun verilməsində yaranan məhdudiyyət hələ aradan qaldırılmayıb, lakin bərpa işləri davam edir:

"Qəza-bərpa işləri davam edir. Siqnal gələndən, yəni dünən günün ikinci yarısından artıq qəza yerində işlər başlayıb. Düşünür ki, bu gün bərpa ediləcək".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR