Çin və Yaponiya liderləri 3 ildən sonra ilk dəfə görüşdü

Tailandda Çin sədri Sin Cinpin və Yaponiyanın Baş naziri Fumio Kişida arasında görüş olub.

Metbuat.az xəbər verir ki, bu, Çin və Yaponiya arasında 3 ildən sonra ilk yüksək səviyyəli görüşdü. Görüş zamanı tərəflər Tayvan ətrafındakı vəziyyət və iki ölkə arasındakı münasibətləri və qlobal problemləri müzakirə ediblər. Məlumata görə, liderlər həmçinin mübahisəli Senkaku adaları barədə də müzakirə aparıb. Fumio Kişida Yaponiyanın nəzarətində olan Senkaku adaları ətrafında Çinin hərbi fəaliyyəti ilə bağlı narahatlığını Si Cinpinə çatdırıb.

Si Cinpin isə regionda mübahisəli məsələlərin həllində daha əvvəl qəbul edilmiş məsələlərə sadiq qalmağın önəmini qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR