Dünya çempionatına hazırlıq üçün Qətərdə 15 min insan ölüb?

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatı ilə bağlı iddialar var.

Metbuat.az xəbər verir ki, iddialara görə, Qətərdə keçirilən Dünya Kubokuna hazırlıq prosesində 6500, hətta 15 000-ə yaxın miqrant həlak olub.

"Human Rights Watch" un məlumatına görə, bu iddialar doğru deyil. Belə ki, Qətərdə keçirilən Dünya Kuboku ilə əlaqədar 15000 işçinin ölməsi ilə bağlı rəqəmlər "Amnesty International"ın 2021-ci il hesabatından qaynaqlanır. 6500 rəqəmi isə "The Guardian" nəşri tərəfindən 2021-ci ildə qeyd olunub. Lakin heç bir nəşr bu ölüm saylarını dünya çempionatı ilə bağlamayıblar. Rəqəmlər Qətərdəki miqrant ölümləri ilə bağlıdır.

Həm FİFA, həm də Qətər Dünya Çempionatının Təşkilat Komitəsi yalnız üç nəfərin Dünya Kuboku üçün tikinti zamanı öldüyünü açıqlayıb. Qeyd edilib ki, son on ildə inşa edilən yeddi yeni stadionun, eləcə də təlim obyektlərinin tikinti sahələrində üç nəfər Əl Vakrahdakı Əl-Cənub stadionunda olan iki Nepallı və Əl Rayyandakı Xəlifə Beynəlxalq Stadionunda bir britaniyalıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR