Şimali Koreya lideri Kim Çen In son raket sınağını şəxsən izləyib.
Metbuat.az xəbər verir ki, ölkə lideri kameralar qarşısına ilk dəfə qızı ilə birgə çıxıb.
Yerli mənbələr yazır ki, adı açıqlanmayan qız Kim Çen Inla birlikdə Pxenyanda raketlərin olduğu ərazidə olub. Bildirilir ki, Kim Çen In raket atışını müşahidə qülləsindən izləyərkən qızı da yanında olub.


