Qətərdə keçirilən dünya çempionatının B qrupunun ilk turunda ABŞ və Uels yığmaları üz-üzə gəlib.
Metbuat.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb. İlk hesab 36-cı dəqiqədə açılıb. Belə ki, Timoti Vea Şimali Amerika təmsilçisini önə çıxarıb.
82-ci dəqiqədə isə penaltini dəqiq yerinə yetirən Qaret Beyl komandasına bərabərlik qolu gətirib.
Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, bu, mundialda qeydə alınan ilk bərabərlik olub.