FİFA dünya çempionatında iştirak edən Belçika millisinə xəbərdarlıq edib.
Metbuat.az xəbər verir ki, FİFA Belçikanın səfər formasının üzərindəki “Love” (Sevgi) sözünün silinməsini tələb edib. FİFA Belçikadan formanın üzərində “Love” sözünün silinməsindən sonra meydana çıxmasını irəli sürüb. Məlumata görə, qurumun bu barədə qərarı qətidir və hətta Belçika Futbol Federasiyasının məsələ barədə görüş tələbini qəbul etməyib.
Belçika millisinin tələbi qəbul edib-etməyəcəyi məlum deyil.
Qeyd edək ki, bundan əvvəl FİFA üzərində “Love” yazılan lentlərin qola bağlanmasını qadağan etmişdi.
