Prezidentlər sammitə bu avtomobillərlə gəldi -

Xəbər verdiyimiz kimi, dünən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ( KTMT) üzv olan dövlətlərin İrəvanda zirvə toplantısı baş tutub.

Metbuat.az xəbər verir ki, sammitdə Rusiya Prezidenti Vladimir Putin, Ermənistanın Baş naziri Nikol Paşinyan, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emomali Rahmon və KTMT-nin baş katibi Stanislav Zas iştirak edib.

Ermənistan mətbuatı yazır ki, Qazaxıstan, Qırğızıstan, Belarus və Tacikistan prezidentlərini baş nazirin müavini Mher Qriqoryan qarşılayıb. Yalnız Rusiya Federasiyasının Prezidenti Vladimir Putini şəxsən Nikol Paşinyan qarşılayıb və özü də Putinin maşını ilə hava limanından "Dvin" hotelinə ( sammitin baş tutduğu yerə - red) yola düşüb.

Beş ölkənin liderlərindən yalnız Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev öz xidməti maşınlarını İrəvana gətiriblər ki, maşınları ilə hərəkət etsinlər. Digərləri isə erməni tərəfinin verdiyi maşınlarla qarşılanıb.

Ən dəbdəbəli maşın Putinə məxsus olub. Putin Rusiya istehsalı olan "Aurus" maşınlarından ibarət korteji ilə İrəvana gəlib.

Aurus official website of the car manufacturer

Qazaxıstan Prezidentinin avtomobili və korteji də müasir olub. Belə ki, o, "Mercedes Maybach - W222" ilə Ermənistana gəlib.

Digər ölkələrin liderlərini - Belarus Prezidenti Aleksandr Lukaşenkonu, Qırğızıstan Prezidenti Sadır Japarovu və Tacikistan Prezidenti Emoməli Rəhmonu Ermənistanın təqdim etdiyi "Mercedes W221 S-Class" avtomobillər qarşlayıb.

«Հրապարակ». Պետությունների ղեկավարներից որին ինչ մեքենայով դիմավորեցին Երեւանում

Ermənistanın "Hraparak" nəşri yazır ki, dövlət başçılarının müasir avtomobillərlə qarşılanması tələbdir və ev sahibi olan istənilən ölkə bunu ən yaxşı şəkildə etməlidir. Ermənistan Dövlət Təhlükəsizlik Xidmətinin avtomobil parkı isə kifayət qədər bərbaddır: "Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra büdcə hesabına 2 ədəd "Mercedes W222" alıb. Onlardan hər ikisi növbə ilə Paşinyana xidmət edir", - deyə nəşr qeyd edib.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR