"Regional sabitliyin təmin olunması üçün Ermənistanla normallaşma prosesi başlayıb".
Metbuat.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay Böyük Millət Məclisinin iclasında deyib.
F.Oktay deyib ki, Türkiyə Ermənistanın otuz il işğal altında saxladığı Qarabağın azadlığa qovuşması yolunda Azərbaycann yanında olub: "Ölkəmiz və millətimizin maraqları nəyi tələb edirsə, onu etdik, etməkdəyik. Azərbaycana Vətən müharibəsində ən böyük dəstəyi verdik. Sonra regionda sabitlik üçün Ermənistanla normallaşma prosesini dəstəkləməyə başladıq".