İlon Mask smartfon istehsal edəcək

İlon Mask smartfon istehsal etməyi planlaşdırır.

Metbuat.az xəbər verir ki, sosial şəbəkənin sahibi qeyd edib ki, sadə smartfon buraxmaq çətin olmayacaq. Maskın belə qərar verməsinə səbəb "Apple" və "Google" şirkətlərinə məxsus "App Store" və "Google Play" ilə işləyən cihazlar üçün "Twitter" tətbiqini əlçatmaz edəcəyi ilə bağlı fikirlərin yayılması olub.

"Ümid edirəm ki, belə bir şey olmayacaq. Amma başqa seçimim olmasa, alternativ telefon yaradacam. Sadə kiçik smartfon buraxmaq raketlərin Marsa uçmasından asandır", - deyə Mask bildirib. Qeyd edək ki, oktyabrın 27-də Mask "Twitter"i almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb. Lakin noyabrın 10-da saxta hesabların sayının artması səbəbindən satış dayandırılıb. Şirkət işçilərinin kütləvi şəkildə ixtisar edilməsi də narahatlıq doğurur: Alışdan dərhal sonra Mask rəhbərliyin bir neçə üzvünü işdən çıxarıb, bir müddət sonra isə işçilərini demək olar ki, yarıya qədər ixtisar edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR