Futbol matçında kütləvi dava: 6 futbolçuya qırmızı kart verildi - VİDEO

x

Rusiya Kubokunun qrup mərhələsinin son tur matçı keçirilib.

Metbuat.az ucnoqte.az-a istinadən xəbər verir ki, Sankt-Peterburqda keçirilən "Zenit” və “Spartak” oyunu zamanı futbolçular arasında kütləvi dava düşüb.

Belə ki, oyun bitdikdən sonra futbolçular Barrios və Nikolson arasında başlayan mübahisə kütləvi davaya çevrilib. Nəticədə, hər iki komandadan 6 futbolçuya qırmızı vərəqə göstərilib.

Qeyd edək ki, oyun 0:0 hesabı ilə başa çatıb. Penaltilər seriyasında “Zenit” 4:2 hesabı ilə qalib gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR