Xoşbəxtliyin ilk şərti sağlamlıqdır. Sağlam körpələrin dünyaya gəlməsində həkimlərin böyük rolu var. Mama-ginekoloq - qadın xəstəliklərinin diaqnostikası və müalicəsi ilə məşğul olan, hamiləlik və ya doğuşla bağlı qadınlara tibbi yardım göstərən həkimdir. Sözügedən mövzuda öz işinin peşəkarlarından biri də Dr. Ləman Əliyevadır.

Ləman Əliyeva dövrün tələblərinə uyğun olaraq öz sahəsində beynəlxalq yenilikləri izləyən və öz təcrübəsində tətbiq edən təcrübəli cərrah mama-ginekoloqdur.

1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetində ali tibb təhsili alan Ləman Əliyeva 2013-cü ildə Türkiyədə İstanbul UniversitetiTibb Fakültəsində Mamalıq və Ginekologiya üzrə təhsilini davam etdirir.

O, 2006-2010-cu illərdə ilk olaraq Tərtər rayon Mərkəzi Klinik Xəstəxanasında mama-ginekoloq vəzifəsində fəaliyyətə başlayır. Zəngin iş təcrübəsinə malik həkim 2011-2017-ci illərdə Yazıçılar birliyinin poliklinikasında ginekoloq, 2015-2017-ci illərdə German Hospitalda mama ginekoloq, 2017-2020-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsində cərrah mama-ginekoloq vəzifələrində çalışır. Hazırda Ləman Əliyeva German Hospitalda cərrah mama-ginekoloq vəzifəsində çalışır.

16 illik təcrübə peşəkar təcrübəyə malik cərrah mama ginekoloq çoxsaylı beynəlxalq və yerli konfransların iştirakçısıdır.

Ləman Əliyeva 30 oktyabr 2022-ci il tarixində "Global Health Awards" layihəsində ilin “The Well Known Gynecologist” nominasiyasına layiq görülüb.

Global Health Awards Ləman Əliyeva