Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi və Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatı dəstəyi ilə Gender Hub Azerbaijan tərəfindən icra olunan "Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq Kampaniyası" çərçivəsində Qazax rayonunu Gənclər Evində ictimai müzakirə keçirilib.
Metbuat.az xəbər verir ki, İctimai müzakirədə yerli QHT-lər, Qadın Resursları Mərkəzləri, AQUPDK-nin qadın və qızlara qarşı zorakılığa son qoymaq üçün çalışan UADM, İcra Hakimiyyətləri, universitet və məktəblər iştirak edib.
İctimai müzakirənin əsas məqsədi gender-əsaslı zorakılıq, femisidlərlə mübarizə və insan hüquqları mexanizmlərini cəmiyyətə aşılamaqdır.
Keçirilən layihə çərçivəsində fəal icmalar, müəllimlər və regional nümayəndələrin dəstəyi ilə info-sessiyalar, maarifləndirici seminarlar və təqdimatlar baş tutmuşdur.