Millinin futbolçuları arasında qarşıdurma -

Belçika millisinin futbolçuları arasında insident yaşanıb.

Metbuat.az xəbər verir ki, Kevin De Brüyne, Eden Azar və Yan Vertongen mübahisə edib. Tərəfləri digər futbolçular sakitləşdirib. Bundan əlavə, digər oyunçular arasında da münasibətlərin yaxşı olmadığı bildirilir. De Brüyne qapıçı Tibo Kurtua ilə, Azar Leandro Trossardla danışmır. Lukanın isə Mişi Batşuayi ilə münasibətinin yaxşı olmadığı vurğulanıb.

Qeyd edək ki, millinin bəzi üzvləri mətbuata açıqlamasında hücum xəttindən narazılıq etmişdi. Belçika millisi dünya çempionatının F qrupunda 3 xalla üçüncü sıradadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR