Çempionatda bu gün hansı oyunlar var?

Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün sonuncu - 3-cü turun digər oyunları mübarizə C və D qruplarında olacaq.

Metbuat.az xəbər verir ki, mübarizə C və D qruplarında olacaq.

C qrupunun lideri Polşa ikinci sıradakı Argentina ilə üz-üzə gələcək. Səudiyyə Ərəbistanı yığması Meksikanın müqavimətini qırmağa çalışacaq.

D qrupunda pley-offu təmin edən Fransa Tunislə, Avstraliya isə Danimarka ilə münasibətlərinə aydınlıq gətirəcək.

C qrupu

23:00. Polşa Argentina
23:00. Səudiyyə Ərəbistanı - Meksika

D qrupu

19:00. Avstraliya - Danimarka
19:00. Tunis - Fransa



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR