Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “25 noyabr - Qadın zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü”ndən başlayaraq “10 dekabr – Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Günü”nədək davam edən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində “Ailə zorakılığı: Xəyaldan-reallığa” adlı elektron maarifləndirmə vəsaiti hazırlanıb.
Metbuat.az xəbər verir ki, vəsaitin hazırlanmasında əsas məqsəd cəmiyyət üzvlərinin, xüsusilə qadınların məlumatlandırılması, zorakılığın bütün formalarının yolverilməzliyinin izah edilməsi, insan hüquqlarına və azadlıqlarına hörmətin təşviqi, gender bərabərliyinin təmin olunması və məişət zorakılığının qarşısının alınmasıdır.
Məlumatlandırma vəsaiti Komitənin rəsmi saytında və sosial şəbəkə səhifələrində paylaşılıb.