Avstraliyada səfərdə olan Finlandiyanın Baş naziri Sanna Marin yerli televiziyanın suallarını cavablandırıb.

Metbuat.az xəbər verir ki, jurnalist Sanna Marina onun rəqs videoları barədə sual verib. Baş nazir suala qəzəbli cavab verib.

Jurnalist “Bu videolara narazılıqlara necə münasibət bildirərsiniz? Çoxları videoya qəzəbləndi. ” deyə soruşub. Baş nazir isə “Əslində qəzəblənən yox idi. Daha çox medianın videoları çılğın şəkildə təqdim etməsi gündəm idi. Məni piyada gedəndə sakinlər məni saxlayıb “rəqsə davam et” deyirdilər.Siyasətçilərin də normal insanlar olduğunu qəbul etmək lazımdır”.