Dünya çempionatında matç sonrası qalmaqal yaşanıb.

Metbuat.az xəbər verir ki, H qrupunun sonuncu turunda Qana və Uruqvay üz-üzə gəlib. Dueldə Cənubi Amerika təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

Matçın sonunda dünya çempionatından kənarlaşdırılan Uruqvayın təcrübəli hücumçusu Edinson Kavani qalmaqallı hərəkət edib. Belə ki, o, soyunma otağına gedərkən VAR monitoruna yumruq vurub. Buna səbəb kimi isə hakimlərin oyun zamanı verdikləri qərarlar göstərilir.

Görüntülər azarkeş tərəfindən çəkilib və qısa müddətdə mediaya sızıb.

VAR monitoru hakimlərə aid olduğu üçün obyektlərə edilən hər hansı fiziki müdaxilənin hakimlərə edilmiş kimi qiymətləndirilir. Bu səbəbdən FİFA-nın futbolçuya ağır cəza verəcəyi gözlənilir.

Qeyd edək ki, Uruqvay son matçdan sonra qrupdan çıxa bilməyib.