170 minlik iş elanı təəccüləndirdi -

ABŞ-ın Nyu-York şəhəri siçanların istilasına məruz qalıb.

Metbuat.az xəbər verir ki, Nyu-York bələdiyyəsi siçan problemini aradan qaldırmaq üçün işçi axtarışına başlayıb. İşçi elanında bildirilir ki, siçanlarla mübarizə aparmaq üçün illik 170 min dollar təklif edilir. Tələblərə görə işçi ali təhsilli olmalı və bu sahədə təcrübəyə malik olmalıdır. Həmçinin işə götürüləcək şəxsin siçanları məhv edə biləcək cəsarəti olmalıdır. Lakin iş tələbində “univeristet məzunu olmalıdır” tələbi sakinlər arasında birmənalı qarşılanmayıb. Sosial media istifadəçiləri siçanlarla mübarizə aparma üçün ali təhsilin niyə vacib olduğunu soruşub.

Qeyd edək ki, Nyu-Yorkda siçan problemi əvvəllər də mövcud olub. Lakin problem bu il daha da artıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR