UEFA "Qarabağ"dan paylaşım etdi -

UEFA Konfrans Liqasının rəsmi İnstaqram səhifəsi "Qarabağ"la bağlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, paylaşımda Ağdam təmsilçisinin bu mövsüm Azərbaycan Premyer Liqasında məğlub olmadığı vurğulanıb: "16 oyun, 14 qələbə, 2 heç-heçə".

Qeyd edək ki, "Qarabağ” Konfrans Liqasının pley-offunda Belçika "Genti”"i ilə qarşılaşacaq. Komanda ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR