Ronaldonun mümkün transferi barədə özü açıqlama verdi -

PSJ-nin prezidenti Nasser Al-Xelaifi Kristiano Ronaldonun mümkün transferi barədə danışıb.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, hazırda PSJ-nin hücum xəttində Messi, Neymar və Mbappe kimi hücumçular olduğuna görə, Ronaldonun transferi çətin görünür.

“Bu transfer çətindir. Ronaldo əla oyunçudur. Əla oyunçu kimi qalmağa davam edir. Ona uğurlar arzulayıram” - Nasser Al-Xelaifi deyib.

Futbol mütəxəsssisləri hesab edir ki, Nasser Al-Xelaifinin açıqlamaları onun Ronaldo transferindən imtina etmədiyini deməyə əsas verir.

Qeyd edək ki, Ronaldo "Mançester Yunayted"dən ayrılandan sonra azad agentdir. Onun Səudiyyə Ərəbistanı klublarından birinə transfer olacağı irəli sürülsə də, futbolçu özü bu iddiaları təkzib edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR