Xorvatiya ​Şengen zonasına qəbul edilir

Şengen zonasına daha bir ölkə qəbul ediləcək.

Metbuat.az xəbər verir ki, bu barədə Avropa Birliyi Komissiyasının nümayəndəsi Margaritis Sçhinas açıqlama verib. O bildirib ki, Avropa Birliyinə üzv ölkələrin daxili işlər nazirləri Xorvatiyanın səs birliyi ilə Şengen zonasına daxil olması barədə səs verəcək. Məlumata görə, Rumıniya və Bolqarıstan da Şengen zonasına daxil olmaq istəyir. Lakin onların tələbi rədd ediləcək. Buna səbəb siyasi məsələlərdir.

Qeyd edək ki, Brüsseldə Avropa Birliyinə üzv ölkələrin daxili işlər nazirlərinin toplantısı keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR