2022-ci il bitir -

2022-ci ilin bitməsinə cəmi 22 gün qaldı. Geridə qoyacağımız ildə müharibə, kütləvi insan ölümləri, etirazlar baş alıb getdi.

Metbuat.az xatırladır ki, 2022-ci ilin ilk günləri insan ölümləri ilə yadda qaldı.

Türk dövləti olan Qazaxıstanda yanvarın 2-də Almatı şəhərinin mərkəzində yanacaq qiymətlərinin artırılmasına etiraz olaraq başlayan aksiyalar nəticəsində şəhərdə qan su yerinə axdı. İğtişaşlarda 225 nəfər ölüb, 4,5 mindən çox insan xəsarət alıb.

Qazaxıstanda etirazlar davam edir - VİDEO

İlə damğa vuran hadisələrindən ən dəhşətlisi günahsız insanların öldüyü müharibənin başlanması oldu. Fevral ayının 24-də dünya "Rusiya Ukraynaya hücuma keçdi" başlıqları ilə günə oyandı. Artıq 289 gündür ki, bu müharibə davam edir. Qazanan tərəf yoxdur, itirənlər isə sadə xalqdır. Müharibənin baş verdiyi bölgələrdən gələn fotolar isə ürək dağlayır.

Rusiya-Ukrayna müharibəsinin 19-ci günü

Hələ pandemiyadan canımızı qurtarmamışdıq ki, yeni bir pandemiya təhlükəsi ilə üzləşdik. May ayında meymunçiçəyi adlı virus dünyaya sürətlə yayılmağa başladı. Hazırda virusla bağlı hər hansı ciddi təhlükə yoxdur. Yeri gəlmişkən artıq 3 ildir ki, dünya koronavirusla mübarizə aparırır. COVID-19-a yoluxanlara qarşı vaksinasiya prosesi hələdə davam edir.

2022-ci ildə istefa xəbəri ilə gündəmi silkələyən Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının lideri və ölkənin baş naziri Boris Conson son dövrlərin əsas qəhrəmanlarından sayılırdı. Onun həyatı ilə bağlı bir çox maraqlı məqamlar mövcuddur. Bunlardan ən əsası britaniyalı dövlət adamının əslinin Osmanlı türkü olması ilə bağlıdır. Boris Conson bu ilin iyul ayında Böyük Britaniyanın Baş naziri vəzifəsindən getdi.

Britaniya Kraliçası II Elizavetanın 96 yaşında vəfat etdi. 70 il taxta oturan kraliçanı oğlu III Çarlz əvəz etdi.


Bu il həm də İran xalqının etiraz səsini qaldırdığı ildir. 22 yaşlı Məhsa Əminin hicabı düzgün taxmadığına görə öldürülməsindən sonra İran xalqı ayağa qalxdı. Molla rejiminə qarşı askiyalar hələ də davam edir. Aksiyalarda 400-dən çox insanın öldürüldüyü bildirilir.

Məhsa Əmininin ailəsi ev dustaqlığına məhkum edilib”

Cənubi Koreyada okyabrın 29-da İtaevon bölgəsində "Halloween" izdihamı zamanı 150-dən çox insan həlak oldu.

Oxu.az - Azərbaycanın Cənubi Koreyadakı səfirliyindən “Hellouin”  bayramındakı faciə ilə bağlı AÇIQLAMA

2022-ci ildə həmçinin dünya əhalisi 8 milyard oldu.

Dünya əhalisi 8 milyardı keçdi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR