Dünyaya səs salan görüntülər -

Rusiya və ABŞ arasında məhbus mübadiləsi olub. Dünyada “ölüm taciri” kimi tanınan və barəsində Hollivudda filmlər çəkilən rusiyalı silah alverçisi Viktor Bout ABŞ tərəfindən sərbəst buraxılıb.

Metbuat.az xəbər verir ki, Rusiya isə bunun əvəzində narkotik daşıdığına görə həbs edilən amerikalı basketbolçu Brittney Qrieneri sərbəst buraxıb. Mübadilə Rusiya televiziyası tərəfindən canlı yayımlanıb. ABŞ-ın silah alverçisini sərbəst buraxması dünyaya səs salıb. Mediada bu məsələ “ABŞ Rusiyaya boyun əydi” kimi dəyərləndirilib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Viktor Boutun azad edilməsi üçün çoxdandır ki, səy göstərirdi. Rusiya mediası bu məsələni “Putinin prestij məsələsi” kimi təqdim edirdi. Viktor Boutun hekayəsi əsasında Hollivudda “Müharibə Tanrısı” filmi çəkilib.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR