Ronald Kuman futbol üzrə Niderland milli komandasının yeni baş məşqçisi olub.

Metbuat.az xəbər verir ki, Niderland Futbol Federasiyası bu qərarı hələ aprel ayında açıqlamışdı. Kumanın müqaviləsi 2026-cı il dünya çempionatına qədər davam edəcək.

59 yaşlı mütəxəssis daha əvvəl də Nidelrand yığmasının baş məşqçisi vəzifəsində çalışıb. O, 2018-2020-ci illərdə komandaya rəhbərlik edib.

Xatırladaq ki, Lui van Qal Qətərdə keçirilən dünya çempionatının 1/4 finalında Argentinaya uduzduqdan sonra Niderland millisinin baş məşqçi postunu tərk edib.