Yunanıstan parlamentinin deputatı, Avropa Parlamentinin keçmiş vitse-prezidenti Eva Kaili və daha 3 nəfər rüşvət araşdırmaları çərçivəsində həbs olunub.

Metbuat.az xəbər verir ki, Belçika Federal Prokurorluğunun məlumatına görə, rüşvət qalmaqalı ilə bağlı araşdırmalar davam edir. Bildirilir ki, həbs edilənlər Qətər üçün rüşvət qarşılığında lobbi fəaliyyəti yürütməkdə, Avropa Parlamentinin qərarlarına təsir göstərməkdə, mütəşəkkil cinayətkar qruplaşmanın fəaliyyətində iştirakda şübhəli bilinir.

Saxlanılanlar arasında Kailinin sevgilisi, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının baş katibi Luka Visentini və İtaliyanın nüfuzlu siyasətçilərindən olan Antonio Panzeri də var. Avropa mənbələri bu hadisəni Avropa Parlamentindəki ən böyük rüşvət qalmaqalı olduğunu bildirir. İstintaq çərçivəsində 16 ünvanda axtarışlar aparılıb. 600 min avro pul ələ keçirilib.

Qeyd edək ki, Eva Kaili ermənipərəst mövqeyi ilə seçilib. O, Azərbaycana qarşı qərəzli yanaşması ilə yadda qalan avroparlamentari olub.