Daxili İşlər Nazirliyi (DİN) Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanda əbədiyaşar liderin xatirəsini yad edib.
DİN-in mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, bu münasibətlə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov və Nazirliyin bir qrup rəhbər heyəti Fəxri Xiyabana gedərək Ulu Öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla anıblar.