"Instagram” sosial şəbəkəsi Android istifadəçiləri üçün bir sıra yeni funksiyaları işə salıb.
Metbuat.az xəbər verir ki, bundan sonra istifadəçilər qeydlər, səmimi hekayələr və qrup profilləri kimi əlavə funksiyalardan istifadə edəcəklər.
"Instagram"ın qeydlər funksiyasında istifadəçilər fikirlərini yazacaqlar və bu, 24 saat aktiv olacaq. İzləyicinin cavabları isə şəxsi mesajlara göndəriləcək.