Bakı, 2 iyun, Samirə Quliyeva, AZƏRTAC
Gələn il yanvarın 1-dən Azərbaycanda “Yaşıl Kart” Beynəlxalq Sığorta Sistemi fəaliyyətə başladıqdan sonra avtomobillərin icbari sığortası üzrə yığılan sığorta haqlarının 5 milyon manat azalacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quluyev qeyd edib ki, 2015-ci ildən “Yaşıl Kart” sisteminə üzv olan ölkələrə gedəcək Azərbaycan avtomobilləri şəhadətnaməni elə ölkədə də ala biləcəklər. Həmçinin ölkə ərazisinə tranzit məqsədilə daxil olan nəqliyyat vasitələrinin sığorta şəhadətnamələri mənsub olduğu ölkədə alınacaq. Bununla da, sərhəd sığorta müqavilələrinin sayında azalmalar olacaq. 2017-ci ilin sonunda ölkədən çıxan nəqliyyat vasitələrinin sayı barədə dəqiq statistika açıqlanacaq.