Yalnız kral ailəsinin üzvlərinin geyinə biləcəyi libas Messiyə niyə hədiyyə edildi? -

Dünya çempionatının finalında Argentinanın Fransa üzərindəki qələbəsindən sonra kubokun təqdim edilməsi mərasimi zamanı Lionel Messinin geyindiyi xüsusi geyimlə bağlı yeni detallar ortaya çıxıb.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Bişt” adlı geyim Qətərdə xüsusi bayramlarda geyinilir. Lakin bu geyimdən hər kəs istifadə edə bilməz. “Bişt” geyimindən kral ailəsinin üzvləri istifadə edir. Keçmiş zamanlarda isə bu geyimlər döyüş meydanlarında xüsusi qəhrəmanlıq göstərmiş döyüşçülərə hədiyyə edilib. Ərəb mədəniyyətinə görə, libası geyinmək üçün bu şərəfə layiq olmaq lazımdır. Geyim ən dəbdəbəli parçadan hazırlanır.

Qətər əmiri Təmin bin Həməd əs-Saninin Messiyə hədiyyə etdiyi geyim ona göstərilən yüksək hörmət və ehtiramdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR