Qaz sayğacları nə vaxt sıfırlanacaq? -

İlin sonu yaxınlaşdıqca artıq ictimai müzakirələrdə qazdan istifadə üzrə illik ayrılmış limitin sıfırlanma məsələsinə diqqət artır.

Metbuat.az xəbər verir ki, ölkədə əhaliyə satılan təbii qazdan güzəştli tariflərlə istifadə üçün ayrılan limiti hər il abonentin bu limiti işlədib-işlətməməsindən, onu aşıb-aşmamasından asılı olmayaraq sıfırlanır. Yəni, bir abonent il ərzində 1200 kub metr və ya 2500 kub metrdən artıq işlətsə də, işlətməsə də ilin əvvəlində onun limiti sıfırlanır.

Hazırda abonentləri narahat edən səbəblərdən biri də limitlərin sıfırlanmasının gecikəcəyi ilə bağlıdır. 2021-ci ildə qaz limitlərinin sıfırlanması 2022-ci ilin əvvəlində 10 gün gec həyata keçirilmişdi. Bu da respublikanın ayrı-ayrı şəhər və rayonlarında ciddi narahatlıqların yaranmasına şərait yaratdı.

Məsələyə münasibəti millət vəkili Vüqar Bayramov Milli Məclisin son iclasında bildirərək qeyd edib ki, yaxşı olardı ki, limitlərin sıfırlanması daha tez həyata keçirilsin.

Deputat:

Vüqar Bayramov

"Hər il olduğu kimi 2023-cü ilin əvvəlində də qaz limitlərin sıfırlanması həyata keçiriləcək. 2022-ci ildə limitlərin sıfırlanması on gün yubandı. Yaxşı olardı ki, məhz Azəriqaz İstehsalat Birliyi tərəfindən limitlərin vaxtında sıfırlanması həyata keçirilsin, çünki limitlərin sıfırlanması yubandığı halda bu qaz mavi qazdan istifadəyə görə daha çox ödənişin həyata keçirilməsinə gətirib çıxarır".

Bəs təbii qaz limitlərinin sıfırlanması prosesi nə zaman həyata keçiriləcək?

Metbuat.az-ın sorğusuna cavab olaraq “Azəriqaz” İB-nin Baş direktoru Ruslan Əliyev bildirdi ki, dekabrın 23-də "açıq qapı" aksiyasında bu barədə əhaliyə geniş məlumat veriləcəkdir.

Məscid və digər dini məbədlərə 5000 kubmetr əvəzsiz qaz verilib -

Ruslan Əliyev

Qeyd edək ki, vətəndaşlar balansdakı limiti keçib-keçməmək haqda məlumatı, istifadə etdiyi qazın həcmi, müəyyən olunmuş limitlər, mövcud borcları haqda məlumat almaq üçün “Azəriqaz” İB -nin “Azeriqaz.az” info saytına daxil olub, “Borcunu öyrən” bölməsinə tuşlamalıdır. Daha sonra isə onlar mövcud xanaya abonent kodunu yazıb, istədikləri məlumatla tanış ola bilərlər. Əgər vətəndaşın internetdən istifadə imkanı yoxdursa, o zaman o, yerli Qaz İstismarı İdarəsinə yaxınlaşmaqla abonent kodunu təqdim edib, müvafiq məlumatları öyrənə bilər.

Məlumat üçün bildirək ki, Tarif Şurası Azərbaycanda təbii qaza diferensial tariflərin tətbiqi ilə bağlı qərarı təxminən 5 il əvvəl verib. O vaxt ikipilləli tarif sistemində təbii qazın ilkin limitinin bir m3 üçün qiyməti 10 qəpik olub. Ötən ilin iyulundan təbii qazın pərakəndə satışına hazırda işlək olan üçpilləli tarif sistemi tətbiq olunur. Üçpilləli limitin ilkin pilləsi 1200 kubmetr təyin olunub. Azərbaycanda təbii qazın qiyməti ötən ilin noyabrından əhali üçün artıb, limit isə aşağı salınıb. Buna qədər 1 kub metri 10 qəpikdən ödənilən illik limit 2200 kubmetr idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR