Qanunsuz dövriyədən çıxarılan narkotik vasitə və psixotrop maddələrin dəyəri

Qanunsuz dövriyyədən götürülən 5 ton 252 kq 377,662 qr narkotik vasitə və psixotrop maddə ümumilikdə dəyəri 182 milyon 478 000 AZN (107 milyon 340 000 ABŞ dolları) kimi qiymətləndirilir.

Metbuat.az xəbər verir ki, bu göstəricilər Narkomanlığa və Narkotik vasitələrinin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının yaydığı hesabatda qeyd olunub.

Həmçinin bildirilib ki, məsuliyyətə cəlb edilən 87 xarici ölkə vətəndaşından 41-i İran İslam Respublikası, 9-u Gürcüstan, 12-si Türkiyə, 2-si Türkmənistan, 1-i Qırğızıstan, 1-i Pakistan, 2-si Ukrayna, 1-i Maldiv və 18-i Rusiya vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 1 ton 045 kq 484,880 qr və 4178 həb müxtəlif növ narkotik vasitə və psixotrop maddə, habelə 16759 ədəd narkotik tərkibli çətənə bitkisi götürülüb.

Cari ilin 11 ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 258 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 732 kq 789,349 qr və 36427 ədəd metadon, 2514 ədəd kapsul, 1470 qr MDA və 110 ml müxtəlif növ narkotik vasitə və psixotrop maddə çıxarılıb.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 363-ü qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən 2 ton 060 kq 652,194 qr və 9548 həb narkotik vasitə və psixotrop maddə müsadirə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR