Fransızların dünya çempionatının final oyununun yenidən keçirilməsi üçün başlatdıqları imza kampaniyasına 200 mindən çox insan qatılıb.
Metbuat.az xəbər verir ki, bu barədə Fransa mənbələri məlumat yayıb. Bildirilir ki, imza kampaniyasına qoşulanların sayının daha da artacağı istisna edilmir. Fransızlar hesab edir ki, Argentinanın əldə etdiyi penalti zamanı qayda pozulmamışdı. Fransızlar həmçinin bildirir ki, Di Mariyanın qolundan əvvəl Mbappeyə qarşı kobudluq edilib.
Fransızlar həmin epizodda qayda pozuntusunun olduğunu hesab edir. Bununla belə futbol mütəxəssisləri Argentinanın çempion olduğu final oyununun təkrar keçirilməyəcəyini ifadə edir.