Ermənistanın ədliyyə naziri o oldu

Qriqor Minasyan Ermənistanın ədliyyə naziri təyin edilib.

Metbuat.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə müvafiq fərman ölkənin prezidenti Vaaqn Xaçaturyan tərəfindən imzalanıb. Minasyan bu vaxtadək nazir müavini kimi fəaliyyət göstərib.

O, Ermənistanın Vatikanda biabır olmuş keçmiş səfirinin qardaşı, üçüncü prezident Mikayel Minasyanın kürəkənidir.

2013-2017-ci illərdə Qriqor Minasyan Respublikaçılar Partiyasından Yerevan Ağsaqqallar Şurasının üzvü olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR