Çin Tayvan ətrafına yenidən ordu cəlb etdi

Çinin hərbi gəmiləri və dronları yenidən Tayvan adası ətrafında mövqe tutub.

Metbuat.az xəbər verir ki, bu barədə Tayvanın MüdafiəNazirliyi məlumat yayıb. Bildirilir ki, Tayvan ətrafında 7 gəmi 71 hava vasitəsi müşahidə edilib. Onların arasında döyüş təyyarələri də var. Bildirilir ki, Çin ordusu Tayvan ərazisini pozmayıb.

Qeyd edək ki, Çin ordusu Tayvan sahillərində hərbi təlimlərə başladığını açıqlayıb. Çin Xalq Azadlıq Ordusunun Qərb Cəbhəsi Komandanlığından bildirilib ki, Tayvan ətrafında birgə fövqəladə patrul və hücum atəşi təlimləri həyata keçirilir və bu təlimlər ABŞ və Tayvan arasındakı gizli yaxınlaşmaya cavabdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR