Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər çərçivəsində ölkəyə gətirilən vətəndaşlarımızın sayı açıqlanıb.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, 2022-ci ildə 54 uşaq,14 qadın olmaqla 68 vətəndaş, 2020-ci ildən etibarən 380 uşaq, 29 qadın olmaqla ümumilikdə 409 vətəndaş İraq və Suriyadan Azərbaycana gətirilib.

Həmçinin Ukraynada ümumilikdə 16 mindən çox şəxsin təxliyəsi təmin olunub.