Dünya çempionatının “ən gənc oyunçusu” seçilən Argentina millisinin üzvü Enzo Fernandez İngiltərənin “Nyukasl” klubuna keçə bilər.

Metbuat.az xəbər verir ki, “Benfika klubunun dünya çempionu olan futbolçu üçün 120 milyon funt sterlinqdən çox pul tələb edəcəyi irəli sürülür. Lakin futbolçunun müqaviləsindəki 105 milyon funt sterlinq qarşılığında azad agent ola biləcəyinə dair şərt klub rəhbərliyini narahat edir. İddialara görə, “Nyukasl” bu bənddən istifadə edərək, futbolçunu heyətə cəlb edəcək.

Qeyd edək ki, “Nyukasl” klubunun sahibi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmandır.