Fransa Liqa 1-in 16-cı turu çərçivəsində keçirilən PSJ-Strasburq oyunu dramatik məcrada keçib.
Metbuat.az xəbər verir ki, PSJ 14-cü dəqiqədə Markinhosun qolu ilə 1-0 önə keçib. 51-ci dəqiqədə Markinhos avtoqola imza atıb. Hesab 1-1 olarkən Neymar 62-ci dəqiqədə meydançadan qovulub. İkinci hissəyə əlavə olunmuş dəqiqələrdə Mbappe özünün qanadığı penaltini qola çevirərək, PSJ-yə qələbə qazandırıb. Argentinada istirahətdə olan Messi heyətdə yer almayıb.
PSJ 44 xalla 1-ci, “Strasburq” isə 11 xalla 19-cu yerdədir.