Bütün dünya 2023-cü ili qeyd etməyə hazırlaşır. Amma dünyanın hər yerində Yeni ili eyni qarşılamırlar.
Metbuat.az müxtəlif ölkələrə aid olan Yenil il adətlərini təqdim edir.
Yaponiya. Gündoğar ölkədə Yeni il simvolu Kadomaçu ağacı hesab olunur. Küknar və bambuk ağacının calağından bitən bu ağac Yeni ili salamlayan simvol kimi görülür. Yaponiyada təzə il daxil olan zaman məbədlərdə 108 dəfə zəng çalınır. Yaponlar inanır ki, həmin zəng zərbələrinin hər biri insandakı mənfi cəhəti öldürür. Evlərinə xoşbəxtlik gəlməsi üçün onlar mənzillərinin qapısına bambuk, küknar və şam ağacının budaqlarını bağlayırlar. Yeni ildə ən çox verilən hədiyyələr avar olur. Onlar inanırlar ki, avar çəkməklə evlərə xoşbəxtlik daxil olacaq. Digər bir adət isə bununla bağlıdır ki, hansı ixtisasa sahib olmaq istəyirlərsə, onun şəklini çəkib öz balınclarının altına qoymalıdırl. Yeni ildə həmin istəklər reallığa çevriləcək.
İsveç. Soyuq skandinav xalqı isçevlilər isə Yeni il gecəsi qonşularının qapısı ağzında qab-qacaq sındırmaqla məşğul olur.
İtaliya.Bu ölkədə Yeni il günü sakinlərin öz köhnə əşyalarını və mebellərini pəncərədən küçəyə atması barədə hər kəs eşitsə də, əslində bu əfsanədən başqa bir şey deyil. Uzun illərdir ki, turistləri ölkəyə cəlb etmək üçün italyanlar bu əfsanəni inamla yayırdılar. Əslində isə bu ölkədə Yeni il günü sakinlər yerli Şaxta baba - Bobbi Natale kimi qırmızı rəngə bürünürlər. Bayram günü corab, köynək ya da papaqlarında qırımız rəngə üstünlük verirlər. Həmçinin belə günlərdə süfrələrin üzümlə bəzədilməsinə üstünlük verilir.
Almaniya. Yeni il gecəsi bütün nişanlı oğlanlar sevdikləri qızın evinin altına gələrək gələcək həyat yoldaşı ilə göyə atəş açır. Hesab olunur ki, onlar göyə nə qədər çox atəş açarlarsa, gələcək ailələri bir o qədər möhkəm olacaq. Bundan başqa, stulların üstünə çıxan sıravi almanlar növbəti ilə keçən anda özlərini yer atırlar. Yeni ilin çoxlu sərvət gətirməsi üçün isə hər kəs əlinə pul sikkəsi götürür.
Monqolustan. Asiya ölkəsində Yeni il maldarlıq bayramı ilə üst-üstə düşdüyündən atçılıq yarışları keçirilir. Avropa xalqlarında olduğu kimi, Monqolustanda da insanlar küknar ağacının başına toplaşır və Uvlin Uvqun (Şaxta baba) ilə qarşılaşırlar. Uvlin Uvqun tülkü dərisindən papaq və kürkdə olur.
ABŞ. Dünyanın hegemon ölkəsində də Yeni ilin əsas hadisələri küknar ağacının altında cərəyan edir. Amerikalılar Yeni ildə bir-birinə hədiyyə verməyi xoşlayırlar.
Ekvador. Cənubi Amerika ölkəsi ən qəribə Yeni il adətinə malik dövlətlərdəndir. Burada yerlıi sakinlər bir neçə metr hündürlüyündə kuklalar hazırlayırlar və həmin kuklanı yaşadıqları məhlədə, yaxud meydançalarda yandırırlar. Hesab oulnur ki, bununla ekvadorlular növbəti ilə yeni insan kimi daxil olmağı simvolizə edirlər.
İrlandiya. İrlandlar Avropanın ən içkisevən milləti sayılır və Yeni il axşamı sadə vətəndaşlar evlərinin qapılarını açıq saxlayırlar. Belə anlarda istənilən şəxs evə daxil ola bilər. Bu zaman ev sahibi onu süfrəsinin başına keçirdərək xalis irland viskisinə qonaq edəcək. Yeni ilə az qalmış isə bütün irlandlar şəhərin baş meydanına toplaşaraq içki içir, rəqs edir və əylənirlər.
Avstraliya. Dünyanın o biri başında yerləşən ada dövlətində Yeni il yay fəslinə təsadüf edir. Bu səbəbdən Avstraliyada bayramı çimərliklərdə, açıq havada qeyd edirlər. Santa Klaus isə Avropada olduğu kimi ağ saqqala və qırmızı papağa malik olsa da, xarici görkəmi tam fərqlidir.