Avropada yeni bəla: Qrip rəsmən epidemiya halını aldı

Belçikada yoluxma hallarının sürətlə artmasından sonra qrip epidemiyası elan edilib.

Metbuat.az xəbər verir ki, yerli dairələr qripə yoluxmaların koronavirusa yoluxma sayından çox olacağını proqnozlaşdırır. Belçikada yoluxma halları artdığına görə, sıxlıq səbəbindən xəstəxanalarda böyük problemlər yaranmağa başlayıb. Belçikanın Milli İctimai Sağlamlıq İnstitutundan bildirilib ki, əhali arasında qrip və bronxit virusları ilə yanaşı, koronavirus və tənəffüs yolları xəstəliklərinə səbəb olan digər viruslar da geniş yayılıb. Belçika hökumətinə Kovid-19 epidemiyası ilə mübarizədə məsləhətlər verən “Sciensano” rəsmisi Steven Van Quxt insanlara əllərini yaxşıca yumağı, insanların sıx olduğu yerlərdə maska taxmağı, xəstələnəndə evdə qalmağı, qapalı məkanları havalandırmağı və qripə qarşı peyvənd olunmağı tövsiyə edib.

Qeyd edək ki, bundan əvvəl Almaniya və Slovakiyada qrip epidemiyası elan olunmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR