Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci il üçün dünyanın ən yaxşı oyunçularının siyahısını təqdim edib.

Metbuat.az xəbər verir ki, “PSJ”nin və Argentina millisinin 35 yaşlı hücumçusu Lionel Messi 2022-ci ilin ən yaxşı oyunçusu seçilib.

Argentinalı futbolçunun karyerası boyu 13 BFTSF mükafatı var. Bu, tarixin ən yaxşı nəticəsidir.

Qeyd edək ki, IFFHS-nin təqdim etdiyi siyahıda “Əl-Nasr”ın və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo yer almayıb.

2022-ci ilin ən yaxşı futbolçularının adları AÇIQLANDI -

2022-ci ilin ən yaxşı futbolçularının adları AÇIQLANDI -